Cümə axşamı, 04 İyul 2019 05:45

Dividendin ödənilməsində nəzərə alınası 3 vacib məqam

Bəzən belə fikirlərə rast gəlinir ki, dividend direktorlara və ya müşahidə şurasının üzvlərinə ödənilməlidir. Çünki təşkilatın gəlirlərinin formalaşmasında onların payı çoxdur və qərar vermək məsuliyyəti onların üzərindədir. Təsisçilər tərəfindən adı çəkilən şəxslərə gəlirliliyin artması ilə bağlı dövri olaraq mükafatlar verilə bilər. Ancaq dividend yalnız təsisçilərə ödənilməlidir. Doğrudur, ölkəmizdə 10 manat nizamnamə kapitalı ilə yaradılan amma dövriyyəsi milyonlarla ölçülən MMC-lərin təsisçilərinə dividend verilməsi təzadlı görünsə də, qanunvericilik bunu tələb edir. Qanunvericiliyə əsasən, təsisçi qismində həm hüquqi, həm də fiziki şəxslər çıxış edə bilər. Amma fiziki şəxslərin sahibkarlıq fəaliyyətində dividend anlayışı yarana bilməz, çünki dividendlər yalnız hüquqi şəxsin öz təsisçilərinə (payçılarına) və yaxud səhmdarlarına ödənilən məbləğdir.

MMC-lərin hansı hallarda dividend vermək səlahiyyəti yoxdur?
Mülki Məcəllənin 90-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi (bundan sonra xalis mənfəətin bölüşdürülməsini dividend verilməsi kimi qeyd edəcəyik) cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.
Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. MMC dividend verdikdə, hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ nəzərə alınır. Dividendin ödənilməsi qərar qəbul olunduqdan sonra bir ay müddətində ödənilməlidir. MMC-lərdə dividend verilməsi ilə bağlı qadağalar da mövcüddür.
Misal üçün, təşkilatın xalis aktivlərinin dəyəri 30 000 manatdırsa, nizamnamə kapitalı 35 000 manat təşkil edirsə, MMC dividend verə bilməz. Çünki xalis aktivlərin dəyəri nizamnamə kapitalının məbləğindən az olduğu üçün qanunvericilik dividend verilməsini qadağan edir.
Başqa bir misala baxaq. Tutaq ki, təşkilatın xalis aktivlərinin dəyəri 50 000 manatdır, nizamnamə kapitalı isə 40 000 manatdır. Qərara əsasən, 12 000 manat dividend verilməsi qərarlaşdırılarsa, bu halda da dividendin verilməsi qanuna ziddir. Çünki qərarın qəbul edilməsi nəticəsində xalis aktivlərin dəyəri (38 000 manat=(50 000 manat – 12 000 manat)) nizamnamə kapitalı məbləğindən (40 000 manat) az olacaq.
Qanunvericilik MMC-lərə dividend verilməsinin başqa halı da müəyyən edir ki, əgər qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlir və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələrsə, dividend verilməsi qadağandır.

"Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın