Çərşənbə axşamı, 02 İyul 2019 07:15

Vergilər Nazirliyindən mühasiblərin işini asanlaşdıracaq forma

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, muzdlu işlə əlaqədar gəlir vergisi bəyannaməsi, sosial sığorta bəyannnaməsi, işsizlikdən sığorta hesabatı və növbəti ildən təqdim olunacaq icbari tibbi sığorta hesabatı vahid formada hazirlanacaq.

Mks.az saytı vergi ödəyicilərinin təqdim edəciyi vahid formanın ilkin detalları haqqında məlumat əldə edib. Belə ki, vergi orqanı tərəfindən vergi ödəycilərin istifadəsi üçün vahid formada əmək haqqı cədvəli hazırlanacaq. Vergi ödəyicisi həmin cədvəldə işçilərin adı, soyadını, sosial sığorta nömrəsi, əmək haqqı məbləğini, işlədiyi günlərin sayını, əlavə iş saatı, əvəzetmə, məzuniyyət və s. göstəricilərini daxil edəcək Həmin göstəricilər əsasında, işçilərinin gəlir vergisi, məcburi dövlət sosial sığorta ayırmaları, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri avtomatik olaraq hesablanacaq. Vergi ödəyicisi Excel formatında olan həmin cədvəli  daxili sənəd kimi istifadə etməklə yanaşı rüb başa çatdıqdan sonra aylar üzrə faylları bəyannaməyə import edəcək. Vergi orqanı import zamanı hər bir göstəricinin müvafiq olaraq vahid formada olan bəyannamənin əlavələrinə avtomatik işlənilməsini təmin edəcək. Misal üçün, gəlir vergisi, məcburi dövlət sosial sığorta ayırmaları, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri müvafiq olaraq bəyannamənin 1,2,3 və 4 saylı əlavələrində qeyd olunacaq.

 "Əmək münasibətləri","Sosial öhdəliklər", "İşsizlikdən sığorta,  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şərh yazın