Bazar ertəsi, 22 Aprel 2019 12:15

Sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirənlər üçün VACİB XƏBƏR: 40 manat CƏRİMƏ

Məlumat üçün bildirək ki,  Vergi Məcəlləsinin edilən dəyişikliyə əsasən, bəzi sadələşdirilmiş vergi ödəyiciləri 01 yanvar 2019-cu il tarixdən məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum edilib. Sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirən fiziki və hüquqi şəxslər Vergilər Nazirliyinin “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayış formasını təqdim edirllər. Vergi Məcəlləsinin  150.3.3.3-cü maddəsinə əsasən,  ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla,  Vergi Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq muzdlu işləyən fiziki şəxslərə ödəmələr edən vergi ödəyiciləri ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.

Bu maddənin tələblərini əsas tutsaq, sadələşdirilmiş vergi ödəyici olmaq hüququni itirən və ƏDV qeydiyyatına müraciət etməyən vergi ödəyiciləri "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannamə"sini rüblük olaraq təqdim etməlidir. Hətta işçisi olmayan vergi ödəyiciləri bu bəyannaməni boş olaraq qeyd edərək göndərməlidir. Qeyd edək ki, hesabatın təqdim olunmasınin təqdim olunmasında 22 aprel 2019-cu il son tarix hesab edilir. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. O səbəbdən vergi ödəyiciləri mütləq olaraq hesabatı bu gün təqdim etməlidir. 

 

Şərh yazın