Elektron qaimə-fakturanın tətbiq olunmamasına görə maliyyə sanksiyası kimlərə tətbiq olunacaq?

Elektron qaimə-fakturanın tətbiq olunmamasına görə maliyyə sanksiyası kimlərə tətbiq olunacaq?

"Vergi uçotu: A-dan Z-yə" kitabı 25 aprel 2019-cu il tarixdən SATIŞDA

 Vergi Məcəlləsinin 58.13-ci maddəsinə əsasən, vergi ödəyicisi elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

01 yanvar 2019-cu ilədək elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim etmək vergi ödəyicisinin borcu olsa da, onların təqdim edilməməsinə görə hər hansı maliyyə sanksiyası tətbiq olunmurdu. Elektron qaimə-faktura olmayan mallara görə alıcıya maliyyə sanksiyası tətbiq edilirdisə, yeni dəyişiklikdən sonra, artıq elektron qaimə-faktura təqdim edilməməsinə görə də satıcıya da maliyyə sanksiyası tətbiq ediləcək.

Fikrimizi misalla izah edək: “A” təşkilatı “B” təşkilatına 2000 manatlıq mal təqdim etsə də, elektron qaimə-faktura göndərməyib. Vergi nəzarəti tədbiri zamanı, bu hal aşkar olunduqda təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 200 (2000 x10 faiz) manat, ikinci dəfə  20 faiz, üç və daha çox dəfə yol verdikdə 40 faiz manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə aşağıdakı aşağıdakı şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura verilməsinə ehtiyac duyulmur:

  • bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
  • notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;

Zəruri qeyd:: 01 yanvar 2019-ci ildən etibarən 58.13-cu  maddə üzrə maliyyə sanksiyaları  30 noyabr 2018-ci il tarixli  “Azərbaycan Respublikasnın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanuna əsasən 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər