Vergi ödəyici ay ərzində nə qədər məbləğdə nağd əməlyyat apararsa, maliyyə sanksiyası tətbiq olunacaq?

Vergi ödəyici ay ərzində nə qədər məbləğdə nağd əməlyyat apararsa, maliyyə sanksiyası tətbiq olunacaq?

"Vergi uçotu: A-dan Z-yə" kitabı 25 aprel 2019-cu il tarixdən SATIŞDA

Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.  Öncəliklə baxaq ki, Qanun 3.3-cü maddəsinə hansı tələblər var:

3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Fikrimizi misalla izah edək: ƏDV məqsədləri üçün qeydiyyata alınan vergi ödəyicisi “AA”MMC  ay ərzində 50 000 manatlıq xidmətin göstərilməsi üçün “SS” MMC-ə nağd formada ödəniş edib.  Bu zaman vergi ödəyicisinə ilk dəfə baş verdiyi halda 5000 manat (50 000 x 10 faiz), ikinci dəfə və üç və daha çox hallarda  eyni məbləğdə pozuntu halı baş verərsə, bu zaman müvafiq olaraq, 10 000 manat (50 000 x 20 faiz) və 20 000 (50 000 x 40 faiz) manat maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, 30 000 manatlıq limit ƏDV ödəyiciləri ilə yanaşı vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq edilir. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 01 yanvar 2019-cu ildən etibarən artıq ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərin avtomatik ƏDV ödəyiciləri hesab olunur.

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan az olan eyni zamanda ƏDV ödəyici olmayan vergi ödəyiciləri üçün nağd fomada aparılan əməliyatlar üçün maximum məbləğ 15 000 hesab olunur.

“AA” MMC-də 2020-ci ildə ilk dəfə eyni pozuntuya yol verdiyi halda, artıq ümüm məbləğinin 40 yox 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunacaq. Cünki Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində təqvim ili qeyd edilir. Vergi qanunvericiliyinə əsasən təqvim ili dedikdə 01 yanvardan 31 dekabra kimi müddət nəzərdə tutulur.

Sonda bir məsələni qeyd edim ki, misalımızda 50 000 manatlıq nağd alışı qəbul edən “AA” MMC-ə hər hansı maliyyə sanksiyası tətbiq olunmayacaq. Cünki, vergi ödəyicilərinin mədaxil yox məxaric əməliyyatlarna limit tətbiq olunur.

Bir məsələni qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar hər hansı məhdudiyyət qoyulmadan nağd qaydada satın alına bilər:

  • kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
  • əlvan və qara metal qırıntılarının qəbulu;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

1 Komment

  1. Anar 16 Aprel 2019

    Salam. Mənim bu yazıya sualım yarandı. Zəhmət olmasa yazardız, cərimə tərbiq olunarkən limit nəzərə alınmır? Ay ərzində 50 000 manat nəğd edilən ödənişdən 30 000 manat limit çıılıb qalan 20 000 manata tətbiq olunmur cərimə? Əvvəlcədən təşəkkür edirəm.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər