Mks.az saytı Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” qanuna edilən son dəyişikliklərdən sonra bu ilin əvvəlində bütün işəgötürən və işçiləri maraqlandıran vacib bir məsələ - istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiyadan gəlir vergisinin hesablanması ilə bağlı Vergilər Nazirliyinə rəsmi sorğu göndərmişdi. Vergilər Nazirliyi  11 yanvar 2019-cu il tarixli məktubu ilə suala aşağıdakı şəkildə aydınlıq gətirmişdi: "Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən, istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.  Eyni zamanda işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb edilir."

Vergilər Nazirliyi 18 mart 2109-cu il tarixli açıqlaması ilə istifadə olunmamış məzuniyyətə görə verilən kompensasiyadan gəlir vergisinin hesablanması ilə bağlı cavabında əsaslı dəyişiklik edib: " Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər qüvvəyə mindikdən sonra əvvəlki illərdə istifadə olunmayan əmək məzuniyyətinə görə ödənilən kompensasiyanın gəlir vergisinə və sosial sığorta haqlarına cəlb olunması ilə bağlı Vergilər Nazirliyinə çoxsaylı sorğular daxil olub. Nazirlik həmin ödənişlərin vergiyə cəlb edilməsi qaydalarına aydınlıq gətirib. Bildirilib ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır."

Müxtəlif tarixlərdə verilən iki rəsmi açıqlamanı müqayisə etsək, görərik ki, istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiyanın gəlir vergisi və sosial sığorta haqlarına cəlb edilməsi ilə bağlı əhəmiyyətli dəyişiklik var. Artıq işçinin hansı illərin istifadə olunmamış məzuniyyətinə görə kompensasiyadan istifadə etməsinin tutulmalara münasibətdə fərqi yoxdur. Əgər qeyri-dövlət və qeyri-neft sektoru olan özəl təşkilatda çalışan işçiyə hesablanan kompensasiya 8000 manata qədər olarsa, ondan gəlir vergisi tutulmayacaq. Məcburi dövlət sığorta haqqı isə, 200 manata qədər 3 və 22 faiz, 200 manatdan yuxarı məbləğdən isə 10 və 15 faiz dərəcələrə tutulacaq.

İki açıqlama arasındakı digər fərq isə ondan ibarətdir ki, artıq dövlət orqanında və ya neft sektorunda işləyən işçiyə hesablanan istifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləğindən Vergi Məcəlləsinin 102.1.-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılacaq. Misal üçün, işçinin əmək haqqı 500 manat və bir iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiya 300 manat təşkil edərsə, bu zaman, 300 manatdan 200 manat çıxılaraq gəlir vergisinə cəlb olunacaq.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]