Vergilər Nazirliyi istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisinin necə hesablanmasına aydınlıq gətirdi

Vergilər Nazirliyi istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisinin necə hesablanmasına aydınlıq gətirdi

Vergilər Nazirliyi neft-qaz sektoruna aid edilməyən özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin ötən illər üzrə istifadə olunmamış məzuniyyətə görə  kompensasiyadan gəlir vergisinin hesablanmasına aydınlıq məsələsinə aydınlıq gətirib. Qeyd edək ki, bəzi mütəxəssislər düşünürdülər ki, məzuniyyətə görə hesablanan kompensasiya verildiyi ayın əmək haqqı fondunun üzərinə əlavə olunduğu üçün, 8000 manata qədər gəlir vergisindən azad olunur.

Vergilər Nazirliyi bu məsələ ilə bağlı müraciət edən Xaliq Əmrahovun sualına cavab olaraq bildirib ki, kompensasiya üzrə gəlir vergisinin hesablanması fərqli olacaq: "İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya ayrı-ayrılıqda həmin illərdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yəni, Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən 1-ci cədvələ əsasən gəlir vergisinə cəlb edilir və Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin də həmin illər üçün qüvvədə olan müddəaları nəzərə alınır."

Cavabdan göründüyü kimi, işçinin başa çatan iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisi üzrə şkala fərqli hesablanır. Misal üçün, işçinin əmək haqqısı 1000 manatdır, amma mart 2017- fevral 2018-ci iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiya 600 manat təşkil edir. Bu zaman, kompensasiya ödənilərkən 1000 manatdan Vergi Məcəlləsinin müddəalarına əsasən gəlir vergisi tutulmasa da, 600 manatdan gəlir vergisinin hesablanması 2018-ci ilin vergi qanunvericiliyinə əsasən həyata keçiriləcək.

Qeyd edək ki,  Vergilər Nazirinin birinci dərəcəli müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab Sahir Məmmədxanovun imzaladığı 11 yanvar 2019-cu il tarili məktubda da saytımızın bu məsələ bağlı sualina cavab verilmişdi. Həmin cavabın linki qeyd edirik:

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər