Mks.az saytının ictimailəşdirdiyi 3 problem - 3 rəsmi açıqlama

Mks.az saytının ictimailəşdirdiyi 3 problem - 3 rəsmi açıqlama

Mks.az saytı olaraq həmkarlarımızın iş prossesində rast gəldikləri problemləri ictimailəşdirməklə dövlət orqanlarının belə aktual məsələlərə diqqətini cəlb edirik. Sevindirici haldır ki, son dövrlərdə apardığımız üç araşdırma yolu ilə aşağıdakı məsələlərin ictimailəşməsinə nail olmuşuq:

1) Mikro sahibkarlıq subyektləri üçün güzəşt məbləğinin illik gəlirə yox, cari vergi ödəməsinə tətbiq olunması.
Vergilər Nazirliyinin məsul şəxslərinin keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı xüsusi açıqlamanın verilməsi buna sübutdur. 
Yazıya bu linkdən daxil olun:

2) Bəyannamələrinin tərtibi zamanı vergi ödəyicilərinin qarşılaşdıqları çətinliklər və gərəksiz məlumatların doldurulması.

Vergilər Naziri Mikayıl Cabbarovun kollegiya iclasında hesabatlılıq sisteminin sadələşdirilməsinə ehtiyac olduğu qeyd edilib. 

Yazıya bu linkdən daxil olun:

Mikayıl Cabbarov: "Vergi orqanlarına hesabatlılıq sistemi sadələşdirilməlidir"

3) Nəhayət, malların satışı zamanı elektron qaimə-faktura ilə yanaşı təhvil-təslim aktının təqdim olunması.

Vergilər Nazirliyin İqtisadi təhlil və ekspertiza departamentinin Mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov məsələ ilə bağlı açıqlama verib.

Yazıya bu linkdən daxil olun:


Mks.az saytı həmkarlarımızın problemlərini ictimailəşdirərək, bu vəsilə ilə vəziyyətdən çıxış yolu tapılmasına dəstək verməyə davam edəcəyini oxucuların diqqətinə çatdırmaqdan məmnunluğunu ifadə edir. Operativ reaksiyaya görə Vergilər Nazirliyinə də öz təşəkkürümüzü bildirirk.

0 Komment

    Şərh yazın

    Xəbərlər