"Mallar bu halda ilkin olaraq elektron qaimə-fakturasız təhvil verilərsə, vergi orqanı cərimə edə bilməz"

"Mallar bu halda ilkin olaraq elektron qaimə-fakturasız təhvil verilərsə, vergi orqanı cərimə edə bilməz"

Mks.az saytı olaraq malların ticarət obyektlərinə təqdim olunmasının rəsmiləşdirilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş tələblərin praktikada tətbiq olunmasının problemləri haqqıqında məlumat vermişdik. Araşdırma yazımızla aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz.

Araşdırma yazı: Malların satış obyektlərinə verilməsi zamanı “Malların təhvil-qəbul aktı” elektron qaimə-fakturanı müşayiət etməlidir?

Bu məsələyə ilə bağlı Emin Səttarov sosial şəbəkədə öz münasibətini açıqlayıb. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, bəzi məqamları diqqətinizə çatdırmaq istəyirik:

Emin Səttarov iddia edir ki, malların satış obyektinə verilməsi “Malların təhvil-qəbul aktı” sənədi ilə verilməsi vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması bağlı qaydalarda qeyd olunub: “Həmin qaydalarda qeyd olunur ki, malların verilməsi təhvil-qəbul aktı ilə rəsmiləşdirilməlidir. Maliyyə Nazirliyi tərəfindən təsdiq  olunan, ciddi hesabat blankı olan  “Malların təhvil-qəbul aktı” sənədinin iki halda tərtib olunması nəzərdə tutulur: Səyyar qaydada olan satış və elektron qaimə faktura ilə qabaqcadan verilmiş sifariş əsasında.  

Birinci hala aydınlıq gətirək: Hər hansı bir sahibkar digər vergi ödəyicisinə səyyar qaydada, misal üçün ekspeditor vasitəsi ilə satışı həyata keçirdikdə malları təhvil- qəbul aktı sənədi ilə verilməlidir. Üzərindəki yol vərəqəsi olan ekspeditor malları sahibkara təqdim edəndə aktın imzalanmasını təmin edir. Bu minvalla “A” məntəqəsindən “ B” və (vəya) “C” məntəqəsinə gedərək malların verilməsinin bu cür rəsmiləşdirməsini həyata keçirir. Müəssisə yekun olaraq ekspeditorun təqdim etdiyi təhvil-qəbul aktları əsasında elektron qaimə-faktura hazırlayıb müvafiq vergi ödəyicilərinə göndərir.  Göründüyü  kimi,  elektron qaimə faktura olmadan bir ödəyici digər ödəyiciyə malları təhvil qəbul aktı ilə verə bilər. Bu hal Vergi Məcəlləsinin tələblərinin pozulması halı kimi qiymətləndirilə bilməz və həm alıcıya, həm satıcıya hər hansı maliyyə sanksiyanın tətbiq olunması qanunvericilikdə nəzərdə tutulmayıb.  Bir məsələni qeyd edək ki, elektron qaimə-fakturanın təqdim olunması ilə bağlı ağlabatan bir müddət olmalıdır. Yəni  ekspeditor və ya hər hansı bir maddi məsuliyyətli şəxs təhvil- qəbul aktlarını mühasibatlığa təqdim etdikdən sonra  günün sonunda və ya növbəti gün həmin şəxslərə elektron qaimə faktura təqdim edilməsi məqsədəuyğundur.”

Emin müəllim təhvil-təslim aktları ilə malların təqdim olunması ilə bağlı ikinci hala da aydınlıq gətirib: “Müəssisə öncədən sifariş əsasında malları təhvil verdikdə sənədə elektron qaimə faktura və yaxud da elektron vergi hesab fakturanın seriya nömrəsini qeyd etməlidir.  Yəni hər hansı bir ödəyici digər ödəyiciyə malı qabaqcadan sifariş verib. Bu zaman ilkin olaraq elektron qaimə-faktura təqdim olunur və mallar da “Malların təhvil-qəbul aktı” ilə təhvil verilməlidir”

Emin Səttarov mühasiblərin “Malların təhvil-qəbul aktı” təqdim olunması ilə bağlı mühasiblərin iradı ilə razılaşmır: “Bəzi həmkarlarımız bildirir ki, elektron qaimə-faktura təqdim olunduqdan sonra digər sənədə ehtiyac yoxdur. Mühasiblərin fikrincə, bu cür sənədləşmə əsasında yaranan kağız dövriyyəsi insanları yorur və  işin operativliyinin azalmasına səbəb olub. Təsəvvür edək ki, malları anbardar qəbul edirsə, bu zaman o artıq bilməyəcək ki, elektron qaimə-faktura müəssisəyə təqdim edilməyib ya yox.  Bu səbəbdən də, qanunvericilik imkan verir ki,  hər iki maddi məsul şəxs  olduğu halda da, mallar təhvil-qəbul aktı sənədi ilə qəbul edilsin.  Yəni istənilən halda elektron qaimə faktura olsa belə bu malların təhvil-qəbul aktı sənədi ilə rəsmiləşdirilməsi daha məqsədəuyğun hesab olunur.”

Emin müəllim malların təqdim olunması halında təhvil-qəbul aktının olmaması halına da münasibət bildirib: “ Əgər malı qəbul edən tərəf ona göndərilən elektron qaimə-fakturanın ləğvinə icazə verdiyi halda, təhvil qəbul-aktının olmamasını təklif etmək olar. İndiki vəziyyətdə, malları göndərən şəxs qarşı tərəfin icazəsi olmadan online olaraq elektron qaimə-fakturanı ləğv edə bilər.  Təsəvvür edək ki, operativ vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, elektron qaimə-faktura ləğv edildiyindən mallar sənədsiz hesab olunur.  Bu halda malların təhvil alımasını sübut edən “malların təhvil-qəbul aktı”  sənədi varsa, o zaman vergi orqanın əməkdaşı Vergi Məcəlləsinin 58.8 və 58.13-cü maddələrinə əsasən sanksiya tətbiq edə bilməz.”

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər