Yalnız mks.az-da: Vergi orqanlarından vergi ödəyicilərinə VERGİ YOXLAMASI ŞƏRTİ

Yalnız mks.az-da: Vergi orqanlarından vergi ödəyicilərinə VERGİ YOXLAMASI ŞƏRTİ

Mks.az saytı daha bir maraqlı məlumat əldə edib. Vergilər Nazirliyinin müvafiq departamentlərinin son 5 gün ərzində iri dövriyyəyə malik müəssisələrin nümayəndələri ilə görüşündə daha bir maraqlı hal yaranıb.  Görüş zamanı vergi orqanının məsul şəxsləri bildiriblər ki,  2018-ci ildə əksər iri vergi ödəyicilərində səyyar vergi  yoxlamaları həyata keçirilməyib. Vergi orqanının əməkdaşları bildiriblər ki, 2019-cu ilin ilk 3 ayında iri vergi ödəyicilərinin dövri vergi bəyannamələri incələnəcək.  Əgər bu dövrdə hər hansı vergi ödəyicisində, vergi orqanı əməkdaşlarının təbirincə desək, “ağarma” halları qaydasına aparılacaqsa, həmin təşkilatlara yoxlamalar tətbiq edilməyəcək.  “Ağarma” dedikdə, muzdlu işçilərinin sayının və əmək haqqıların normal göstərilməsi, malların alış və satışı zamanı elektron qaimə-fakturanın düzgün tətbiqi nəzərdə tutulur. Hansısa vergi ödəyicisi gəlir və xərclərinin uçotunu həyata keçirməzsə, bu zaman həmin  sahibkarlarda səyyar vergi yoxlamalarına start veriləcək.

Həmkarlarımızın verdiyi məlumata əsasən, iri vergi ödəyicilərinin rəhbərləri vergi orqanlarının yoxlama ilə bağlı şərtlərini müsbət qarşılayıblar. Bunun səbəblərindən biri odur ki, iri vergi ödəyicilərinin kifayət qədər artıq ödəmələri var ki, cari vergilərini onun hesabına bağlayacaqlar. İkinci səbəb vergi orqanları tərəfindən bu tip yoxlamaların nəticəsində yarana biləcək (6 rəqəmlə ifadə olunan) maliyyə sanksiyasından qurtulma sözünün verilməsidir.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər