Vergilər Nazirliyi mks.az-ın mövqeyini dəstəklədi: Sadələşdirilmiş vergi ödəyici ilə bağlı MÜHÜM açıqlama

Vergilər Nazirliyi mks.az-ın mövqeyini dəstəklədi: Sadələşdirilmiş vergi ödəyici ilə bağlı MÜHÜM açıqlama

Vergi Məcəlləsində edilən son dəyikliklərdən sonra ən çox müzakirə olunan məsələ vergi ödəyicisinin hansı hallarda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirilməsi ilə bağlı idi. Əksər tanınmış ekspertlər iddia edirdilər ki, sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə satış digər vergi ödəyicisinə elektron qaimə-faktura vasitəsilə mal satdıqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir.

Ancaq mks.az saytının eksperti Qalib Toğrul bu məsələ ilə bağl fərqli yanaşma ortaya qoymuşdu: “Qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan pərakəndə ticarət fəaliyyəti göstərən sahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyiciləridir və onlar ümumi hasilatlarından 2 faiz vergi ödəyirlər. Əgər 200 minlik tələbi aşarlarsa, o halda pərakəndə ticarət ƏDV vergisi ödəyicisinə çevrilir, ictimai iaşə isə sadələşdirilmiş vergini 8 faizlə ödəməyə başlayır. Pərakəndə ticarət malların satışını sahibkarlıq məqsədilə həyata keçirən topdansatışdan fərqli olaraq, satışı son istehlak məqsədilə həyata keçirən ticarət fəaliyyətidir. Pərakəndə ticarət zamanı malların alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək həmin vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilib. Təbii ki, burada alıcı dedikdə, pərakəndə ticarət və ictimai iaşə obyektindən mal və xidmət əldə edən vergi ödəyiciləri nəzərdə tutulur”.
Vergilər Nazirliyi də mks.az saytının ekspertinin fikrini dəstəkləyən açıqlama verib. Vergi ödəyicisi Nicat Məhərrəmli məsələ ilə bağlı vergi orqanlarına sual verib: “Əgər mağaza 4%-li sadələşdirilmiş vergi ödəyicisi kimi pərakəndə ticarətlə məşğul idisə, lakin idarə və təşkilatlara da elektron qaimə vasitəsi ilə pərakəndə olaraq həmin malların satışını həyata keçirirsə, 2019-cu il dəyişikliklərinə əsasən həmin qayda ilə 2-%-li sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməkdə davam edəcəkmi?”.
Vergilər Nazirliyinin açıqlamasından məlum olur ki, bu hal həmin vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi hüququnun itirilməsinə səbəb olmur: “ Bildiririk ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər və sorğunuzda qeyd olunan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərə bilər. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilmişdir.”
Cavabdan göründüyü kimi, mks.az saytın mövqeyini Vergilər Nazirliyi də təsdiq edərək bildirir ki, pərakəndə satışla məşğul olan vergi ödəyicilərinin elektron qaimə-faktura ilə mal satması onların sadələşdirilmiş vergi hüququnu itirməsinə SƏBƏB OLMUR.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

1 Komment

  1. Vasila 02 Fevral 2019

    Salam.eger fiziki wexs sadel. Verging odeyicisi xidmet gosterir huquqi wexse electron qaime yazarsa 2faiz odeyicisi olaraq qalirmi.dawima xidmeti gosterir. Minnetdaram

Şərh yazın

Xəbərlər