Vergi Məcəlləsinə vergi ödəyicilərin xeyrinə edilən ƏDV-lə bağlı düzəliş

Vergi Məcəlləsinə vergi ödəyicilərin xeyrinə edilən ƏDV-lə bağlı düzəliş

Azərbaycanda həyata keçirilən islahatların prioritetləri arasında sahibkarlığın inkişafının dəstəklənməsi və vergi sistemində apelyasiya institutunun səmərəliliyinin artırılması xüsusi yer tutur. Bu məqsədlərə nail olmağın üsul və vasitələrindən biri də vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası qaydalarının təkmilləşdirilməsidir. Vergi sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də müvafiq addımlar atılır. Vergi Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır.

Əvvəllər Vergi Məcəlləsinə və vergi borclarının alınmasına dair qaydalara əsasən, vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. İndiki halda isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılacaq və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq müraciət təmin ediləcək. Bunun nəticəsində vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Dəyişikliyin məqsədi sahibkarların hüquqlarının genişləndirilməsi, vergi qərarlarının inzibati qaydada mübahisələndirilməsi zamanı sahibkarın pul vəsaitlərinin toxunulmazlığının təmin edilməsi, apelyasiya institutunun səmərəliliyinin artırılmasıdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi əlavə hüquq əldə etmiş olur. Dəyişiklik bütün vergi ödəyicilərinə ünvanlanıb. Dəyişiklik müddət məhdudiyyəti nəzərdə tutmadığından, təsirləri uzunmüddətli qiymətləndirilə bilər. 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vergi məsələləri üzrə ekspert Sirac Piriyev bu dəyişikliyi birmənalı olaraq vergi ödəyicilərinin xeyrinə atılan addım kimi qiymətləndirib. Qeyd edib ki, mövcud qanunvericiliklə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə uyğun olaraq vergi borcunun ödənilməsi barədə təqdim edilən borc bildirişinin vergi ödəyicisi tərəfindən alındığı tarixdən 30 gün ərzində yalnız məhkəməyə şikayət verildiyi halda vergi orqanları vergi ödəyicisinin milli və ya xarici valyutada olan cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə icra sənədi (sərəncam) vermirdi: «Lakin məhkəmə çəkişmələri uzun vaxt apardığına və əlavə maliyyə itkilərinə səbəb olduğuna görə bir çox vergi ödəyiciləri mübahisəli vergi borclarını ilk növbədə yuxarı vergi orqanına müraciət etməklə həll etməyi daha məqsədəuyğun hesab edirlər. Belə olan halda hesablamanın mahiyyətindən asılı olmayaraq, vergi orqanları vergi ödəyicisinin milli və ya xarici valyutada olan cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə icra sənədi (sərəncam) göndərir və pul vəsaitləri həmin vergi borclarının ödənilməsinə yönəldilir. Sonradan vergi ödəyicisinin inzibati şikayəti üzrə yuxarı vergi orqanında onun xeyrinə qəbul edilən qərar, yəni hesablama qərarının ləğv edilməsi vəziyyəti vergi ödəyicisinin xeyrinə tam aradan qaldırmırdı. Bank və depozit hesablarından büdcəyə silinən vəsaitlər yuxarı vergi orqanının hesablama qərarının ləğvi barədə qərarı icra olunduğu zaman şəxsi hesab vərəqəsində artıq ödəmə şəklində əksini tapır ki, vergi ödəyicisi həmin vəsaitləri vergilərdən başqa digər öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edə bilmir. Vergi ödəyicisinin sərəncamında olan pul vəsaitləri yalnız onun gələcək vergi öhdəlikləri ilə əvəzləşir ki, bu da inzibati şikayətin təmin olunduğu hallarda şəxsin öz mülkiyyəti (pul vəsaitləri) barədə sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır».

Vəkil hesab edir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklə belə halların qarşısı alınacaq: məhkəməyə verilən ərizə ilə yanaşı, yuxarı vergi orqanına da edilən inzibati şikayət zamanı qəbul olunan qərara uyğun olaraq sərəncamların tətbiqi məsələsi həll ediləcək.

Məcəlləyə edilən bu dəyişiklik sahibkarların hüquqlarının genişləndirilməsini nəzərdə tutduğundan, işgüzar dairələr tərəfindən pozitiv qəbul olunacağı gözlənilir. Əvvəlki praktikada bank hesablarından pul vəsaitlərinin silinməsinin qarşısının alınması üçün vergi ödəyicilərinin məhkəmələrə müraciət etməsi hallarının çoxluğu müşahidə edilirdi. Dəyişiklik məhkəmədə vergi orqanlarına qarşı qaldırılan inzibati işlərin və lüzumsuz məhkəmə mübahisələndirmələrinin sayının azalmasına da şərait yaradacaq, şikayətlərə daha operativ reaksiya verilməsinə imkan verəcək.

Mütəxəssislərin fikrincə, ümumilikdə bu dəyişiklik həm sahibkarların, həm də vergi orqanlarının maraqlarına uyğundur: borc mübahisələrinə görə sahibkarın bank hesablarındakı vəsaitlərin bir ay ərzində dondurulması inzibati şikayətlərə vaxtında baxılması və problemin aradan qaldırılması üçün geniş imkanlar yaradır. 

Mənbə: "Vergilər" qəzeti

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər