Xaricə ödəniş manat vəya dollar olduqda, hesablanmanın izahı (Misallarla)

Xaricə ödəniş manat vəya dollar olduqda, hesablanmanın izahı (Misallarla)

Azərbaycan Banklar Assosiasiyasının ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert qrupunun üzvü Teymur Axundov suala aydınlıq gətirərək qeyd edib ki, müştəri öz ödəniş kartı ilə xaricdən internet vasitəsilə iş və xidmət aldığı zaman bu vəsaitin cəlb edilməsi müştərinin kart hesabı ilə əlaqədar iki yolla aparılır. Hesab dollarda olduqda proses komissiyasız baş verir, manatla olduqda isə konvertasiya üçün komissiya haqqı tutulur. Lakin unutmaq olmaz ki, manatla ödəniş edən zaman valyuta kursunun dəyişməsi müştəri üçün borc yaranmasına gətirib çıxara bilər. Bunun səbəbini ödənişlərin vergiyə cəlb olunması prosesində görmək mümkündür.

Müştəri ödənişi dollarla etdiyi halda...

İş və xidmətin (məsələn, 100 dollarlıq iş və xidmət) ifadə olunduğu valyuta ilə müştərinin kartının valyutası eyni olduqda beynəlxalq ödəniş sistemləri (BÖS) müştərinin kartından 100 dollar tutur, amma bank hələ bu əməliyyatı görmür. Əməliyyatı prosessinq mərkəzi (AzerCard, Millikart və s.) görür. Bankla prosessinq mərkəzi arasında razılaşmaya əsasən, mərkəz konkret MCC kodlar (hər bir əməliyyat üzrə ödənişlər VISA, MasterCard tərəfindən müəyyən edilən kodlar üzərindən gedir və bu kodlar MCC kodlar adlanır. Kodlarda ödənişin nəyə aid olduğu bilinir: məsələn, təhsil xidməti, səhiyyə xidməti, hər hansı mal, iş və ya xidmət) üzrə əməliyyatlara vergi hesablanmasını da nizamlayır.

Yəni müştəri 100 dollarlıq xidməti alan zaman prossesinq mərkəzinin nizamlamasına uyğun olaraq, kartdan 100 dollar, +18% tutulur. Hesabda bu məbləğ olmadıqda əməliyyat həyata keçirilmir.

Bank isə əməliyyatı 2-3 gün sonra, yəni BÖS tərəfindən ödənişin məlumatları (filebank) banka daxil olanda görür. Bu zaman bank 100 dolları öz hesabına, 18 dolları isə vergi hesabına həmin günün kursuna əsasən manatla köçürür. Nəticədə dollar hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş  =   100 dollar  +  18% vergi  =  118 dollar.

Ödəniş manatla edildikdə...

Müştəri iş və xidmət alan zaman avtorizasiya edərək ödənişi təsdiq etdikdə, həmin günün kursu ilə 100 dollar + 18% + 4% = 122 dollar  (bu, təqribi rəqəmdir:  4% bankın komissiyasıdır və bankdan-banka fərqli ola bilər) ekvivalentində vəsait konvertasiya olunur və kartda bloklanır. Sonradan isə dollar hesablı ödəniş üçün qeyd etdiyimiz oxşar əməliyyat burada davam edir. Əgər məlumat banka daxil olan gün kurs dəyişərsə (dolların kursu qalxarsa) və kartda bu fərqi ödəmək üçün kifayət qədər vəsait olmazsa, yaranan fərq müştərinin banka borcu kimi qeydə alınır. Nəticədə manat hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş = 100 dollar x əməliyyat günün məzənnəsi  +  18% vergi  +  bank komissiyası  ±  valyuta kursundakı dəyişiklik.

Mənbə: Vergilər qəzeti

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər