Gəlirdən çıxılan xərclə bağlı AKTUAL SUAL

Gəlirdən çıxılan xərclə bağlı AKTUAL SUAL

 Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında 

Sual: Belə bir sualım var, mükünsə, cavablandırılmasına köməklik edərdiz. İT xidməti ilə məşğul olan şirkətin ofisi üçün satın aldığı hər birinin dəyəri 500 manatdan çox olan soyuducu, kondisioner, televizor, seyf, müxtəlif növ mebellər və s. bu kimi əsas vəsaitlər üçün illik əmlak vergisi və amortizasiya ayırmaları hesablanıb gəlirdən çıxıla bilərmi? Eyni zamanda həmin inventarların alışındakı ƏDV əvəzləşdirilə bilərmi? Sizdən çox xahiş edirəm ki, VN-nin 195 Çağrı Mərkəzi kimi VM-nin 108-ci maddəsindəki "gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır" cümləsi ilə şablon cavab verməyib, konkret yuxarıdakı inventarlar üzrə cavab verərdiniz.

Vüsal Rzayev

Cavab: Sualın cavablandırılması üçün Vergi Məcəlləsinin bir neçə maddəsinə nəzər yetirməliyik.

114.1. Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV

..................................

Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur.

Sualdan aydın olur ki, aldığınız əsas vəsaitlər kommersiya, sahibkarlıq fəaliyyətinin qurulması, formalaşdırılması, davam etdirilməsi məqsədləri üçün əldə edilib. Odur ki, 175-ci maddəyə görə, ƏDV-si də əvəzləşməlidir. Həmçinin, 114-cü maddəyə görə, amortizasiyası gəlirdən çıxılmalıdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər