Bankın vergi ödəyicisindən bu sənədi tələb etməsi qanuna uyğun deyil

Bankın vergi ödəyicisindən bu sənədi tələb etməsi qanuna uyğun deyil

Sual: Salam. Bankda fiziki şəxs üçün VÖEN-lə hesablaşma hesabı açmaq üçün bankdan VÖEN-in notariusdan kopiyasının təsdiqini istəyirlər. Bu nə dərəcədə düzdür? Belə ki, şəhadətnamə-düblikatında VÖEN-də olan göstəricilər göstərilib.
Bağırov Zahid Gülhəsən, [email protected]

Cavab: Bildiririk ki, bank hesablarının açılması üçün tələb edilən sənədlərin siyahısı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyənləşdirilir.
Qeyd olunanan Qaydalarda fərdi sahibkarlar tərəfindən bank hesablarının açılması üçün tələb edilən sənədlərin siyahısında VÖEN-in notariat qaydasında təsdiq edilmiş surətinin müvafiq ərizə formasına əlavə edilməsi nəzərdə tutulmamışdır.
Bax: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 3-cü hissəsi.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər