Cümə axşamı, 21 İyun 2018 06:56

İşçi tam ştatdan yarım ştata keçərsə, gəlir vergisi üzrə hansı dəyişiklik olacaq?

Sual: İşçi müəssisədə tam ştat işləyir. Ayın 14-dən əsas iş yerində işdən çıxıb həmin müəssisədə yarım ştat olaraq işləməyə davam edərsə (işçi əmək kitabçasını işlədiyi müəssisədən götürür) həmin işçinin əmək haqqından gəlir verigisi necə hesablanır?
Amid Zəkiyev, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (20.06.2018)

Cavab: Bildiririk ki, işçinin vergi tutulan aylıq gəliri 2500 manatdək olduqda əmək haqqından muzdlu işlə əlaqədar əldə olunan gəlir vergisi 14 % dərəcə ilə, 2500 manatdan artıq olduqda 350+2500 manatdan artıq olan hissədən 25% dərəcə ilə hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan guzəşt fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirinə tətbiq edildiyi üçün sorğunuzda qeyd edilən halda əmək haqqı hesablanarkən əmək kitabçanız əmək haqqının hesablandığı iş yerində olmadığından qeyd edilən guzəşt tətbiq edilmir.

Bax: Vergi Məcəlləsinin 101.1-ci və 102.1.6-cı maddələri.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

2 şərhlər

  • Şərh bağlantısı İsayev Umud Çərşənbə axşamı, 07 Aprel 2020 18:19 tərəfindən təqdim olunub İsayev Umud

    İşçi təhsilə əlaqədar yarımştata keçib təhsil formasını dəyişərək qiyabi təhsil formasına keçirdib və əvvəlki kimi tamştata keçmək istəsə bununla bağlı universitetdən sənəd gərəklidir i təşəkkürlər.

  • Şərh bağlantısı Zahid Bazar, 30 Sentyabr 2018 21:18 tərəfindən təqdim olunub Zahid

    Salam,həkim yarım ştat calışırsa,1 ayda necə dəfə gecə növbəsinə cıxmalıdı?Təşəkkür edirəm

Şərh yazın