Vergi borcuna görə bank kartı bloklanması halı

Vergi borcuna görə bank kartı bloklanması halı

Sual: Vergi borcuna görə bank kartım bloklanıb. Bu gün səhər borcla bağlı ödəniş etmişəm. Hesabımın məxsus olduğu bankdan bildirdilər ki, nazirlik borc sərəncamının geri götürülməsi ilə bağlı bildiriş göndərməlidir ki, kart blokdan açılsın. Zəhmət olmasa deyə bilərsizmi bu nə vaxt olacaq?
Leyla Abdullayeva

Cavab: Bildiririk ki, vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.
Qeyd olunan geri qaytarılma vergi orqanının vergi yükünü nəzərə alınmaqla mümkün qədər qısa müddət (bir qayda olaraq 1-2 gün) ərzində həyata keçirilir.

Bax: Vergi Məcəlləsinin 65-ci maddəsi.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər