Çərşənbə, 20 İyun 2018 06:52

“Qaçqınlıq vəsiqəmi də vermişdim, ancaq maaşım yerli fəhlələrnən eynidir”

Sual: Salam. Mən Kəlbəcər rayonundan məcburi köçkünəm. 14 aydır Poladəritmə şirkətində fəhlə işləyirəm. Bilmək istəyirəm mənim maaşımdan vergi tutulur? Çünki qaçqınlıq vəsiqəmi də vermişdim, ancaq maaşım yerli fəhlələrnən eynidir.
Yusif Əsədov, Ağcabədi

Cavab: Bildiririk ki, məcburi köçkünlərin (mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərdən başqa) əsas iş yerində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi təqdim edildiyi halda hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.
Güzəştin tətbiq edilib-edilməməsi, edilmədiyi halda isə bunun səbəblərinin öyrənilməsi üçün aidiyyəti üzrə əmək haqqınızı hesablayan mühasibatlığa (mühasibə) müraciət etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 102.4.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 

Şərh yazın