Çərşənbə, 20 İyun 2018 06:08

“Malların alış aktı”nda hansı məlumatların göstərilməsi mütləqdir?

Sual: Sualım vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən malların alışı barədədir. Mən avtomobil alış-satışı ilə məşğul olmaq istəyirəm, bilmək istərdim ki, avtomobili alarkən DYP-dən verilən "Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi" malın alışını təsdiq edən sənəd hesab olunurmu? Olunmursa, malın alış aktı tərtib etməliyəmmi?
İsmayılov Ceyhun İlqar, Sumqayıt

Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.
“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36018).
Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.
Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidir.
Bax: Vergi Məcəlləsinin 13.2.10-cu və 73-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

 

 SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Şərh yazın