Səhifəni çap et
Cümə axşamı, 14 İyun 2018 05:34

Vergilər Nazirliyinə maraqlı sual: "...vergi müfəttişi adı ilə mağazalardan vergi yığırsa..."

Sual: Salam mən bilmək isdəyirəm ki, əgər bir şəxs qanunsuz olaraq vergi müfəttişi adı ilə mağazalardan vergi yığırsa və bununla bağlı çoxlu şüphələr varsa sizə müraciət edərək araşdırılmağı tələb etmək olarmı?
Səməd Bayramov Elmin, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Qəbələ rayonu (13.06.2018) 

Cavab: Bildiririk ki, vergilərin, gömrük rüsumları və yığımlarının, həmçinin yerli vergi və ödənişlərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.Qeyd edilən ödənişlərin nağd qaydada qəbuluna yol verilmir.
Eyni zamanda bildiririk ki, vergi orqanının və ya onun vəzifəli şəxsinin hərəkətindən (hərəkətsizliyindən), habelə vergi qanunvericiliyinin pozulması ilə bağlı konkret faktlar barədə qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.1-ci maddəsi, Azərbaycan Respublikasının 27.12.2001-ci il tarixli 244-IIQ nömrəli “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”.

 SATIŞDA OLAN NƏŞRLƏRİMİZ