Çərşənbə axşamı, 12 İyun 2018 06:11

Vergilər Nazirliyinə Kassa mədaxi orderinin istifadəsi ilə bağlı sual

Sual: 2018-ci ildə kassa mədaxil orderi ciddi sənəd kimi qəbul edilir? Bizim müəssisə daşınmaz əmlakı icarəyə verməklə məşğul olur. Bütün kommunal sayqaclar ümumi binaya birləşib. İcarə verdiyimiz binanin hissə-hissə mağazalarından ibarətdir. Müqaviləyə əsasən kommunal xərclərin icarə götürənlər özü ödəyir. Xərclər bizim müəssisənin adına gəldiyindən, daxili sayqaclara əsasən mağazalardan kommunal xərclər yığılır. Bunlara əsaslanaraq əvəzinə təsdiq olmaq üçün müəssisə ciddi kassa mədaxil orderi təqdim etmələri düzgündürmü? Mağazalar bu mədaxil kassa orderlərini xərclər kimi istifadə edə bilər?

Nazilə Nadirova Aslan, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı (11.06.2018)
Cavab: Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik müəyyənləşdirir. Mülki hüquq subyektləri arasında yaranmış mülki münasibətlər çərçivəsində tərəflərin vergi öhdəliklərinin müəyyən olunması vergi qanunvericiliyinə və onun tələblərinə əsaslanır.

Sorğunuzdan göründüyü kimi, müqavilənin şərtlərinə əsasən əmlakın icarəyə verilməsi ilə yanaşı müvafiq kommunal təchizatının təmin olunmasını icarəyə verən müəssisə üzərinə götürmüş, icarəyə götürən şəxslər isə öz istehlak etdikləri kommunal xidmətlərinin dəyərini icarəyə verən şəxsə ödəyirlər.

Belə olan halda icarəyə götürən şəxslər tərəfindən icarəyə verən şəxsə ödənilən kommunal xidmətlərin haqqı icarə haqqının tərkib hissəsi kimi icarəyə verənin gəlirinə aid edilməli, kommunal xidmətləri göstərən şəxslərə ödənilən məbləğlər isə xərclərinə aid edilməlidir.

İcarəyə götürən şəxsin icarəyə verən şəxsə etdiyi ödənişi vahid və ya bir neçə mədaxil qəbzi ilə rəsmiləşdirilə bilər. Bu zaman İcarəyə götürənin xərcləri icarə ilə bağlı icarəyə verənə ödənilmiş məbləğ təşkil edəcəkdir.

Bax: Vergi Məcəlləsinin 104.1-ci maddəsi, Mülki Məcəllənin 2.2-ci, 6-cı və 390-cı maddələri.

 

Satışda olan nəşrlərimiz:

1) Altay Cəfərovun müəllifi olduğu MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 2) Altay Cəfərovun müəllifi olduğu Əmək Münasibətləri: A-dan Z-yə kitabı

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 

Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

3)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 4) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

 

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şərh yazın