Hansı halda VÖEN-siz şəxsdən mal aldıqa fərqli "Alış aktı" yazılmalıdır?

Hansı halda VÖEN-siz şəxsdən mal aldıqa fərqli "Alış aktı" yazılmalıdır?

Sual: Kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsi xammal məqsədilə aldığı k/t məhsullarını vergi uçotunda olmayan fiziki şəxslərdən pərakəndə formasında alırsa, bu əməliyyatı "Alış aktı" ilə həyata keçirə bilərmi?
Məhsul satıcısının (kəndli) bu və digər hesab forması yoxsdursa, bu zaman yaranmış kreditor borcun ödənilməsi hansı qaydada aparılmalıdır?
Əgər bu zaman vəsait satıcının hesabına köçürülərsə, satıcı hər hansı hesabat verməlidirmi?
Mübariz Rəhimov Ənvər, [email protected], Qəbələ şəhəri (11.06.2018) 

Cavab: Bildiririk ki, Azərbaycn Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunmuş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir.

“İstehsal ehtiyatlarının alış aktı”nın forması (İEAA-1) Maliyyə Nazirliyinin Kollegiyasının 04.10.2017-ci il tarixli Q-12 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36666).

İstehsal müəssisəsi tərəfindən hesablaşma vergi ödəyicisi olmayan və kənd təsərrüfatı məhsullarının istehsalçıları olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulları nağd qaydada satın alına bilər.

Vergi orqanında vergi uçotunda olmayan şəxsin vergi orqanına hesabatın verilməsi nəzərdə tutulmur, lakin digər tərəfdən malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla malları təqdim edən şəxsin vergi uçotuna dayanmaq və uçota duran zaman seçdiyi vergi mükəlləfiyyətinə uyğun olaraq müvafiq bəyannaməni təqdim etmək öhdəliyi vardır.

Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidir.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Satışda olan nəşrlərimiz:

1) Altay Cəfərovun müəllifi olduğu MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

 2) Altay Cəfərovun müəllifi olduğu Əmək Münasibətləri: A-dan Z-yə kitabı

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 

Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

3)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

 4) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

 

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər