Bazar ertəsi, 11 İyun 2018 11:10

Vergilər Nazirliyinə növbəti vergi imtahanı ilə bağlı sual

Sual: Növbəti sənəd qəbulu iş üçün nə vaxt olacaq?
Mustafayev Abbas Rəhim, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Gəncə (11.06.2018)

Cavab: Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və bu zaman müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Son müsabiqənin may ayında keçdiyini nəzərə alaraq yaxın zaman belə müsabiqənin keçirilməsi ehtimal olunmur. Bununla belə, vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Bax: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Şərh yazın