Üzrlü səbəbdən əmək haqqı nəğd ödənilərsə, maliyyə sanksiyası tətbiq olunur?

Üzrlü səbəbdən əmək haqqı nəğd ödənilərsə, maliyyə sanksiyası tətbiq olunur?

Sual: Əmək haqqlarının plastik kartlarla ödənilməsi müəyyən səbəblər üzündən (şəxsiyyət vəsiqələrinin müddətinin bitməsi və s.) 2017-ci ilin aprel ayından deyil, iyul ayından aparılmışdır. Belə olan halda səyyar vergi yoxlaması zamanı nağd qaydada həyata keçirilən ödənişlərə görə maliyyə sanksiyası hansı faizlə tətbiq edilməlidir?
Tahirov Şövqi Cabir, [email protected], Lənkərtan şəhəri (24.05.2018)

Cavab: Bildiririk ki, Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər) nağdsız qaydada ödəməlidirlər.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə ödənişi nağd qaydada həyata keçirən vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Onu da qeyd edək ki, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 53.6-cı və 58.7-1-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununn 3.4.4-cü maddəsi.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər