Çərşənbə axşamı, 15 May 2018 09:33

İsmayıl Bağırovdan ƏDV-nin vaxtı ilə bağlı detallı açıqlama

Naxçıvan Universtitetinin müəllimi, Vergilər Nazirliyinin əməkdaşı, “Vergi Məcəlləsinin xüsusi hissəsinin praktiki izahı” kitabının müəllifi İsmayıl Bağırov sosial şəbəkədə ƏDV ilə bağlı sualı cavablandırıb. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin sual-cavabı təqdim edirik:

Sual: ƏDV ödəyicisi olan şirkətin mayın 30-da ƏDV daxil olmaqla ümumi dəyəri 3.540 manat olan göstərdiyi xidmətlərin dəyərinin, ƏDV daxil olmaqla 2.360 manatı əvvəlcədən mayın 28-də, 1.180 manatı isə mayın 31-də ödənilmişdir. Vergi ödəyicisi göstərilmiş xidmətlərin ümumi dəyərinə elektron vergi hesab-fakturasını iyunun 3-də vermişdir. Mayın 28 də ödənilən avans iyunun hesabatına aiddir?

İsmayıl Bağırovun cavabı:
Bu tipli məsələdə 2 məqama fikir verilməlidir.
Birincisi, mal göndəriləndən 30 gün ərzində nə vaxt pul ödənilibsə, həmin tarix götürülür, yox əğər 30 gündən gec ödənilibsə, onda vergi hesab-fakturanın tarixinə baxılır, əgər faktura 5 gün ərzində yazılıbsa, fakturanın tarixi götürülür, yox əgər faktura 5 gündən gec yazılıbsa, onda malların göndərildiği tarix vergi tutulan əməliyatın vaxtı sayılır.
İkincisi, əgər avans varsa, yəni əvvəldən ödəmə avans verildiyi tarixdən 5 gün ərzində faktura yazılıbsa, fakturanın yazıldığı tarix götürülür, yox əgər faktura 5 gündən gec yazılıbsa, onda avansın verildiği tarix vergi tutulan əməliyyatın vaxtı sayılır.
Bu misalda xidmətin 1180 manatı (ƏDV-li) martın 30-da görülüb və dəyəri martın 31-də ödənilib, yəni, bir gün sonra 30 gün daxilində olduğu üçün 180 manat ƏDV mart ayına düşür, xidmətin 2360 manatı (ƏDV-li) avans olduğu üçün, yəni xidmət göstərilməmişdən əvvəl martın 28-də ödənildiyi üçün fakturanın yazıldığı tarixə baxırıq. Hesab-faktura aprelin 1-də, avansın ödəndiği tarixdən 5 gün ərzində yazıldığı üçün 360 manat ƏDV aprel ayına düşür.

 

Satışda olan nəşrlərimiz:  

1) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR. 15 may 2018-ci il tarixdən satışda

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın