Xahiş edirəm, ətraflı izah edəsiniz, fəaliyyəti müvəqqəti dayandırılmış müəssisə üçün pulun bu formada geri alınması qanunvericiliyə zidd deyil ki?Xahiş edirəm, əgər mümkünsə cavabı mənim elektron poçt ünvanıma göndərəsiniz.
Mübariz, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Sumqayıt şəhəri (02.05.2018)
Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq sorğunuzda qeyd edilən məbləğdə məxaric əməliyyatları nağdsız qaydada aparılmalıdır.
ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-nin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank hesabından digər ƏDV ödəyicisinin bank hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır.
Vergi tutulan əməliyyatın ləğvi ilə əlaqədar müqvafiq qaydada rəsmiləşdirilməklə geri qaytarılan vəsait fəaliyyətini dayandırmış vergi ödəyicisinin fəaliyyətinin bərpa olunmasına əsas verir.
Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş ”Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 4.10-cu bəndi.