Şirkətin başqa şirkətə borc verməsinin vergi öhdəliyi

Şirkətin başqa şirkətə borc verməsinin vergi öhdəliyi

Sual: Sualım təsisçisi eyni olan şirkətlərin bir-birinə verdiyi borc haqqındadır və heç bir faiz gəliri yoxdur. Borc alındığı məbləğ qədər bir müddət sonra geri qaytarılır. Bu məsələ ilə bağlı araşdırma aparmışam. VM-nin 123, 13, 102-ci maddələri üzrə araşdırma apardım. Lakin bu mövzuda bir maddəyə rast gəlmədim. Xahiş edirəm, geniş məlumat verərdiniz. Bu hal necə tənzimlənir?

Rəşad Hüseynov Yadulla, [email protected] (05.05.2018) 

Cavab: Bildiririk ki, təsisçisi eyni olan hüquqi şəxslərin mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənlərə əsasən bir hüquqi şəxsin digərinə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Bunlarla yanaşı, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Bax: Vergi Məcəlləsinin 14-cü və 110-cu maddələri.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər