Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Odur ki, çəkilməsi bilavasitə gəlirin əldə olunması ilə bağlı olduğu təsdiqlənən reklam xərcləri məhdudiyyət qoyulmadan vergi tutulan gəlirdən çıxıla bilər.
Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.