Cümə, 11 May 2018 06:48

Vergilər Nazirliyinə təsisçiliklə bağlı maraqlı sual

Sual: Azərbaycan ərazisində yaradılmış və təsisçilərindən biri xarici hüquqi şəxs olan MMC-nin direktoru xarici vətəndaş ola bilərmi?

Dunay Xasaylı, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (05.05.2018) 

Cavab: Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər nəzərdə tululur və bu tərif əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri də əhatə edir.

Bax: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli, 560-IIQ nömrəli Qanunu və Vergi Məcəlləsinin 13.2.3-cü maddəsi.

 

Şərh yazın