Elektron qaimə-faktura ilə bağlı AKTUALın CAVABI

Elektron qaimə-faktura ilə bağlı AKTUALın CAVABI

Sual: Salam. N saylı hüquq məsləhətxanası təmsil etdiyim firma üçün hüquqi məsləhətlər və xidmətlər həyata keçirir. Göstərilən xidmətlərə görə ödəniş, bağlanmış müqavilə və hesab faktura əsasında aparılır. Firmanın mühasibatlığı tərəfindən hüquq məsləhətxanasına müraciət edərək, müvafiq qanunvericilik əsasında elektron qaimənin təqdim edilməsini xahiş edilmişdir. Lakin məsləhətxanadan bildirdilər ki, bu subyekt qeyri-sahibkarlıq fəaliyyəti ilə məşquldur, vergi mükələfiyyətində ancaq muzdlu işlə ödəmə mənbəyi qeyd edilib və bu səbəbdən elektron qaimə təqdim edə bilməz. Sual: Göstərilən hüquqi məsləhət və xidmətlərə görə adı qeyd edilən hüquq məsləhətxanası firmaya elektron qaimə təqdim etməlidirmi?

Leyla Bayramova Hacırəhim, [email protected], Bakı (24.04.2018)

Cavab: Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə xidmətlər, o cümlədən hüquqi xidmətlər göstərən şəxslər tərəfindən onlara elektron qaimə-faktura verilməlidir.

Vergi ödəyicisi olmayan şəxslərə müvafiq xidmətlər göstərildikdə isə rəsmiləşdirmə ciddi hesabat blankları ilə aparıla bilər.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər