Vergilər Nazirliyi əmək və xidmət müqaviləsinə aydınlıq gətirdi

Vergilər Nazirliyi əmək və xidmət müqaviləsinə aydınlıq gətirdi

Sual: Salam. Universitetdə saat hesabı qaydada dərs deyən müəllimlər VÖEN təqdim etdikdə fiziki şəxs kimi xidmət müqaviləsi bağlaya bilərlərmi? Əvvəlcədən bildirmək istəyirəm ki, e-qaimə vurmaq üçün kod siyahısında bu tipli xidmət növləri var 9985421100 ali təhsilin birinci pilləsində xidmətlər 9985421200 ali təhsilin birinci pilləsində sair xidmətlər 9985421300 ali təhsilin ikinci pilləsində xidmətlər 9985421400 ali təhsilin ikinci pilləsində sair xidmətlər 9985421500 ali təhsilin üçüncü pilləsində xidmətlər 9985421600 ali təhsilin üçüncü pilləsində sair xidmətlər. Saat hesabı qaydada deyilən dərsə görə verilən pul bu kateqoriyaya aid edilirmi? 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 99.1. muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən, gəlirlərdən ibarətdir.

Emin Teymurxanlı, [email protected], Xırdalan şəhəri (23.04.2018)

Cavab: Bildiririk ki, vergi ödəyiciləri ilə müxtəlif xidmətlərin yerinə yetirilməsi məqsədi ilə cəlb olunmuş fiziki şəxslər arasında əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi və ya mülki qanunvericiliyə uyğun olaraq mülki-hüquqi müqavilə bağlana bilər.

Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Bu zaman işçi və işəgötürən arasındakı münasibətlər Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir. Tərəflər arasında mülki-hüquqi müqavilə bağlandığı halda isə onlar arasındakı münasibətlərə Əmək Məcəlləsinin müddəaları şamil edilmir.

Eyni zamanda bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət, yəni ali məktəblərdə təhsil xidmətlərinin göstərilməsi ilə əlaqədar elektron qaimə-faktura tərtib edilərkən müvafiq olaraq 9985421100 (Ali təhsilin birinci pilləsində xidmətlər), 9985421300 (Ali təhsilin ikinci pilləsində xidmətlər) və 9985421500 (Ali təhsilin üçüncü pilləsində xidmətlər) kodlarından istifaədə edilə bilər.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Bax: Mülki Məcəllənin 2.2-ci və 6-cı maddələri, Əmək Məcəlləsinin 3-cü və 6-cı maddələri.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər