Fəaliyyət dayandırılsa da, icarə haqqında vergi ödənilməlidir?

Fəaliyyət dayandırılsa da, icarə haqqında vergi ödənilməlidir?

Sual: Salam. Bilmək istərdim, mən sadələşdirilmiş verginin ödəyicisi olan fərdi sahibkar bu ayın 15-i öz fəaliyyətimi müvəqqəti dayandırdığım halda mən icarə vergisi üzrə ödəmə mənbəyindən vergi ödəməliyəm ya yox? İş fəaliyyətim yoxdur. Amma obyekt, kassa qeydiyyatda olduğu üçün hələ də mənim adıma qeydiyyatdadır. Mən icarə haqqı ödəmirəm, çünki fəaliyyətim yoxdur. Beləliklə, fəaliyyəti 5 il müvəqqəti dayandırdıqda icarə üzrə vergi öhdəliyi qalırmı ya yox?

Ramal, [email protected], Sumqayıt (20.04.2018) 

Cavab: Bildiririk ki, icarəyə götürülmüş obyektdə fəaliyyət uzun müddət ərzində dayandırıldıqda, vergi ödəyicisinin fəaliyyətinin dayandırılmasına baxmayaraq icarəyə verən şəxslə bağlanmış müqavilənin şərtləri öz hüquqi qüvvəsini itirmir və vergi ödəyicisinin ödəmə mənbəyində vergi tutmaq öhdəliyi də qüvvədə qalır, vergi ödəyicisi buna riayət etmədikdə isə vergi orqanı tərəfindən kameral qaydada vergi məbləğinin hesablanmasına əsas yaranır.

Qeyd olunan halın aradan qaldırılması üçün tərəfinizdən icarə müqaviləsinə xitam verilməli, bunun nəticəsi kimi isə təsərrüfat subyektinin(obyektinin) yerləşdiyi ərazi üzrə vergi orqanına (o cümlədən əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə) “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında Arayış” və “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında Ərizə” təqdim edilməklə təsərrüfat subyektinin (obyektinin) və NKA-nın qeydiyyatdan çıxarılması məqsədəmüvafiqdir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər