Elektron qaimə-faktura ilə bağlı 2 AKTUALın CAVABI

Elektron qaimə-faktura ilə bağlı 2 AKTUALın CAVABI

Sual: Beton istehsalı sexində baş mühasib vəzifəsində çalışıram. 2 sualım var.
1-ci Sual: Yük maşınları “Fərqlənmə nişanı” aldıqlarına görə bəyannamə verməkdən, həmcinin daşınma üzrə aldıqları xidmət haqından vergi ödəməkdən azaddılar. Bilmək istərdim gördükləri xidmətin müqabilində əks tərəfə, yəni beton sexinə elektron-qaimə faktura verməlidirlərmi? 
2.VÖEN olmayan şəxsə mal satdıqda elektron-qaimə fakturasını doldurmaq olmur. Bəs onda sənədləşdirmə hansı formada olmalıdır?
Mətanət Məmmədova Rəşid, [email protected], Bakı (01.03.2018) 
Cavab 1. : Bildiririk ki, avtonəqliyyat vasitələri ilə yük daşımalarını həyata keçirən şəxslər tərəfindən göstərilən xidmətlərə görə elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində istisna olunmur.
Bununla belə, vergi ödəyicisi daşımaları müntəzəm və ya daimi əsasda göstərdiyi halda daşıma xidmətlərinə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməlidir.
Bunlarla yanaşı, müntəzəm və ya daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə görə (belə xidmətlər olduqda) hər əməliyyat üzrə ayrılıqda elektron qaimə-faktura təqdim edilir.
Bax: Vergi Məcəlləsinin 16.1.11-6-ci və 71-1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.
Cavab 2.: Bildiririk ki, gəlir əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura verilməsi vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Vergi ödəyicisi olmayan şəxslərə malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin verilməsi kifayət edər.
Bax: Vergi Məcəlləsinin 13.2.62-ci, 16.1.11-6-cı və 71-1.1-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər