İcarə haqqı elektron qaimə fakturada necə öz əksini tapmalıdır?

İcarə haqqı elektron qaimə fakturada necə öz əksini tapmalıdır?

Sual: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatda olan vergi ödəyicisi “İcarəyə verən” olaraq ona məxsus qeyri-yaşayış sahəsini “İcarəçi” kimi çıxış edən hüquqi şəxsə icarəyə vermişdir. Aralarında bağlanan müqavilənin icarə haqqını təyin edən 5.1-ci maddəsi aşağıdakı məzmunda tərtib edilmişdir: "5.1. Aylıq icarə haqqı ödəmə mənbəyindən vergi çıxılmaqla 300 (üç yüz) manat müəyyən edilir. “İcarəçi” bəyan edir ki, o, vergi ödəyicisidir və Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq icarə haqqından müəyyən edilmiş qaydada və dərəcədə vergini əlavə olaraq 
özü ödəyəcəkdir.". Bu maddənin məzmununa əsasən ödəmə mənbəyindən vergi hesablanmaqla xidmətin ümumi dəyəri 348.84 manat təşkil edir. Bu halda qarşı tərəfə elektronв–qaimə təqdim olunarkən “Malın buraxılış qiyməti” hissəsindəki məbləğ 300 manat yox, 348.84 manat göstərilməlidirmi?
 
Ruslan Şəkəralıyev Elçin, [email protected], Göyçay şəhəri (06.03.2018)
 
Cavab: Bildiririk ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindəndir.
Belə ki, icarə haqqının ödənilmə şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməklə icarə müqaviləsində əks etdirilir. Hüquqi şəxs tərəfindən fiziki şəxsə ödənilən icarə haqqından14 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutulmalı və ödəmə mənbəyində tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir. Sorğunuzda qeyd edilən halda icarə xidmətinin dəyəri 348.84 manat təşkil edir.
 
Bax: Vergi Məcəlləsinin 124-cü maddəsi, Mülki Məcəllənin 390-cı, 675-ci və 700-cü maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər