Nağdsız hesablaşmaların pozulması halında maliyyə sanksiyası necə hesablanır?

Nağdsız hesablaşmaların pozulması halında maliyyə sanksiyası necə hesablanır?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Ölkəmizdə nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə 16 dekabr 2016-cı il tarixli, 461-VQ saylı “Nağdsız  hesablaşmalar haqqında” AR Qanunu təsdiq edilib. Qanunda nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı limitlər və məhduyyətlər nəzərdə tutulub. “Nağdsız  hesablaşmalar haqqında” AR Qanununun 4-cü madəsinə əsasən, Qanunun tələblərinə riayət edilməsinə nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Həmçinin, 4.2-ci maddədə qeyd edilir ki, bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu səbəbdən Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə olunub.

Məcəllənin 58.7-1-ci maddəsi üzrə tətbiq olunan maliyyə sanksiyalarını izah edək.

- həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə (Maddə 58.7-1.1.)

 “Nağdsız  hesablaşmalar haqqında” AR Qanununun  3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. 

Göründüyü kimi, dövriyyəsindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri və həmçinin 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyənlər təqvim ayı ərzində 30 000 manata qədər nağd ödənişlər həyata keçirə bilər.

Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olan sadələşdirilmiş vergi ödəyiciləri, həmçinin ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq olaraq 15 000 manat nağd ödəniş limiti müəyyənləşdirilib.

 

Mİsal 1.  Ardıcıl olaraq 12 aylıq dövriyyəsi 80 000 manat olan əlavə dəyər vergisinin ödəyicisi təqvim ayı ərzində 18 000 manat məbləğində nəğd pul məxaric edib. Vergi ödəyicisinin ardıcıl 12 aylıq dövriyyəsinin 200 000 manatdan aşağı olmasına baxmayaraq, vergi orqanı ona maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki dövriyyəsindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri üçün nağd məxaric əməliyyatları üzrə aylıq limit 30 000 manat müəyyən edilib.

Mİsal 2.  Pərakəndə ticarət fəaliyyəti həyata keçirən sadələşdirilmiş vergi ödəyicisi təqvim ayı ərzində ərzaq mallarının alınması və digər xidmətlər üçün qarşı tərəfə 22 000 manat odəniş edib. Bu halda vergi orqanı vergi ödəyicisinə 700 manat ((22 000 manat - 15 000 manat) x 10 faiz) maliyyə sanksiyası tətbiq edəcək. Vergi ödəyicisi təqvim ili ərzində ikinci dəfə eyni halı təkrar etsə, o zaman maliyyə sanksiyası 20 faiz miqdarında tətbiq ediləcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər