Hansı halda elektron qaimə-faktura təqdim edilmir?

Hansı halda elektron qaimə-faktura təqdim edilmir?

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, aşağıdakı əməliyyatlar üzrə  elektron qaimə-faktura təqdim edilmir:

- Bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

- Dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

- Notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

Qeyd edək ki, 2018-ci ildə elektron qaimə-faktura ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri  də bankların elektron qaimə-faktura tətbiq etməsi ilə bağlı idi. 1 yanvar 2019-cu il tarixdən etibarən olan dəyişikliyə əsasən, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi üçün elektron qaimə-faktura təqdim olunmamağa başlayıb. Amma bu o anlama gəlmir ki, bank­lar, ümumiyyətlə elektron qaimə-faktura təqdim etməməlidir.

Misal üçün, bank müştərisinə 10 manat dəyərində olan çek kitabçasının satışını həyata keçirirsə, bu halda alıcıya elektron qaimə-faktura təqdim olunmalıdır.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Xəbərlər