Sadələşdirilmiş vergi hüququnu bərpa etmək üçün hansı tələb gözlənilməlidir? (RƏSMİ CAVAB)

Sadələşdirilmiş vergi hüququnu bərpa etmək üçün hansı tələb gözlənilməlidir? (RƏSMİ CAVAB)

Mks.az saytı vergi ödəyicilərini maraqlandıran ən aktual sualları sistemləşdirərək onların Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən rəsmi şəkildə cavablandırılmasını davam etdirir. Vergilər Nazirliyinə ünvanlandığımız suallara Vergilər Nazirin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, cənab Sahir Məmmədxanovun imzası ilə cavab göndərilib.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixindən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.  Bu dəyişikliklə əlaqədar vergi ödəyicilərində yaranan aşağıdakı sualın cavablandırılmasına ehtiyac var:

Sual 3: Fiziki şəxs vergi ödəyicisi I rüb ərzində vergi ödəyicisinə xidmət fəaliyyəti göstərdiyi üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirərək gəlir vergisi ödəyicisi olub. II rüb ərzində heç bir vergi ödəyicisi ilə fəaliyyəti olmadığından yenidən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu bərpa etmək istəyir. Vergi Məcəlləsinin 158-ci maddəsində (Qeydiyyatın ləğv edilməsi) ƏDV ödəyiciləri üçün şərtlər qeyd olunub. Oxucularımıza maraqlıdır ki, sadələşdirilmiş vergi ödəyicisinin qeydiyyatının ləğv edilməsi ilə bağlı hansı tələblər gözlənilməlidir?

Cavab: Üçüncü sualla bağlı bildiririk ki,Vergi Məcəlləsinin 218.2-ci maddəsinin müddəalarınaəsasənsadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir.

Mks.az saytı olaraq,  Vergilər Nazirliyinə dolğun cavaba görə təşəkkür edir, vergi ödəyicilərinin maarifləndirilməsi yolundakı yorulmaz fəaliyyətinizdə uğurlar diləyir, əməkdaşlığımızın davamlı və səmərəli olmasını arzu edirik.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər