Bazar ertəsi, 18 Mart 2019 11:26

Sadələşdirilmiş vergi hüququnun itirilmə VAXTI ilə bağlı VACİB MƏQAM (RƏSMİ CAVAB)

Mks.az saytı vergi ödəyicilərini maraqlandıran ən aktual sualları sistemləşdirərək onların Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən rəsmi şəkildə cavablandırılmasını davam etdirir. Vergilər Nazirliyinə ünvanlandığımız suallara Vergilər Nazirin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, cənab Sahir Məmmədxanovun imzası ilə cavab göndərilib.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixindən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.  Bu dəyişikliklə əlaqədar vergi ödəyicilərində yaranan aşağıdakı sualın cavablandırılmasına ehtiyac var:

Sual 2: Əhaliyə xidmət göstərən vergi ödəyicisi – məsələn, avtomobil təmiri ilə məşğul olan sahibkar – vergi ödəyicisinə xidmət göstərməyə başlarsa, bu zaman onun gəlir və ya mənfəət vergisi ödəyicisi olmaq mükələfiyyəti nə zaman yaranır?  Misal üçün, 2019-cu il mart ayının 30-da vergi ödəyicisi ilə müqavilə imzalanıb, 31 mart tarixində ödəniş qəbul olunub və 02 aprel tarixində elektron qaimə-faktura təqdim edilib. Bu halda, vergi ödəyicisi I rübdən, yoxsa II rübdən etibarən gəlir və ya mənfəət vergisi ödəyicisi hesab olunacaq?

Cavab:  İkinci sualla bağlı bildiririk ki,hüquqi şəxs və ya fərdi sahibkar vergi ödəyicisinə xidmətlərin göstərilməsini həyata keçirməyə başladığı gündən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir və həmin tarixdən müvafiq olaraq mənfəət və ya gəlir vergisinin ödəyicisi kimi qeydiyyata dair vergi orqanına müraciət edir. Bu zaman mənfəət və ya gəlir vergisi mükəlləfiyyəti vergi ödəyicisinə xidmətlərin göstərilməsini həyata keçirməyə başladığı gündən aktivləşdirilir.

Mks.az saytı olaraq,  Vergilər Nazirliyinə dolğun cavaba görə təşəkkür edir, vergi ödəyicilərinin maarifləndirilməsi yolundakı yorulmaz fəaliyyətinizdə uğurlar diləyir, əməkdaşlığımızın davamlı və səmərəli olmasını arzu edirik.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

1 Şərh

  • Şərh bağlantısı Nicat Bazar, 21 Aprel 2019 19:30 tərəfindən təqdim olunub Nicat

    Salam, sizə bir sualım var, fiziki şəxs olan fərdi sahibkar cari ilinin 9 ayını sadələşdrilimiş verginin ödəyicisi olmuşdur və 10 cu ayda Oktuyabır ayıda ƏDV üçün qeydiyyatdan keçib lakin fiziki şəxsin oktuyabrın əvvəlinə mal qalığı 60 min manat olmuşdur və sadələşmiş verginin ödəyicisi olduğu dövürdə fiziki şəxsin ƏDV ödəmədiyi məlumdur. Sualımız ondan ibarətdirki fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi olduğu dövürdən qalan 60 min manatlıq malın satış vergisi oktuyabr ayından sora necə ödənilir sadələşmiş dövürdən qalan mal qalığının aqibəti necə həll olur ƏDV qeydiyyatından sora.

Şərh yazın