Bazar ertəsi, 18 Mart 2019 06:32

Sadələşdirilmiş vergi hüququnu itirənlərin vergi mükəlləfiyyəti necə dəyişməlidir? (RƏSMİ CAVAB)

Mks.az saytı vergi ödəyicilərini maraqlandıran ən aktual sualları sistemləşdirərək onların Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən rəsmi şəkildə cavablandırılmasını davam etdirir. Vergilər Nazirliyinə ünvanlandığımız suallara Vergilər Nazirin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab Sahir Məmmədxanovun imzası ilə cavab göndərilib.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixindən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.  Bu dəyişikliklə əlaqədar vergi ödəyicilərində yaranan aşağıdakı sualın cavablandırılmasına ehtiyac var:

Sual 1. 01 yanvar 2019-cu ildən etibarən sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirən vergi ödəyiciləri gəlir və ya mənfəət vergisi ödəyicisi kimi qeydiyyata alınmaq üçün hansı prosedurları həyata keçirməlidir? Vergi ödəyicisi rəsmi məktubla qeydiyyatında dəyişikliklə bağlı müraciət etməlidir, yoxsa vergi orqanı öncəki dövrün məlumatları əsasında qeydiyyatda dəyişiklik edib vergi ödəyicisinə məlumat verəcək?

Cavab:  Birinci sualla bağlı bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən vergi ödəyiciləri öz vergi öhdəliklərini yerinə yetirmək məqsədilə vergitutma metodu olaraq gəlir (mənfəət) vergisini seçmək üçün vergi orqanına müraciət etməlidirlər.

Mks.az saytı olaraq,  Vergilər Nazirliyinə dolğun cavaba görə təşəkkür edir, vergi ödəyicilərinin maarifləndirilməsi yolundakı yorulmaz fəaliyyətinizdə uğurlar diləyir, əməkdaşlığımızın davamlı və səmərəli olmasını arzu edirik.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın