DİQQƏT: Vahid bəyannamədə işçi üzrə məlumat qeyd edilsə də, kameral uyğunsuzluq məktub göndərilir
İşəgötürənlər tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin təqdim edilməsi üçün son tarix 20 aprel 2026-cı il olmuşdur. Bəyannamənin təqdim olunması zamanı vergi orqanı tərəfindən ilkin mərhələdə müəyyən texniki və məzmun xətaları aradan qaldırılsa da, dövlət qurumu aparılan kameral yoxlamalar nəticəsində bəzi vergi ödəyicilərinə uyğunsuzluq bildirişləri daxil olmuşdur.
Bu uyğunsuzluqlardan biri də, ƏMAS altsistemi üzrə aylar üzrə əmək haqqı fondu ilə vahid bəyannamədə göstərilən məbləğlər arasında fərqin yaranmasıdır. Xüsusilə diqqət çəkən hal odur ki, ayın müəyyən tarixində işə qəbul edilən işçilər üzrə faktiki əmək haqqı fondu az olsa da, sistem tərəfindən uyğunsuzluq bildirişi formalaşdırılır.

Belə hallarda işəgötürən tərəfindən vergi orqanına rəsmi izahat məktubu təqdim olunması tövsiyə edilir. Məktubda işçinin ayın ortasında işə qəbul edildiyi, əmək haqqının faktiki işlədiyi müddətə uyğun hesablandığı və bu məlumatların vahid bəyannamədə düzgün əks olunduğu əsaslandırılmalıdır.
Əks halda, izahat təqdim edilmədiyi təqdirdə, vergi orqanı tərəfindən əlavə icbari ödənişlərin hesablanması riski yarana bilər.
Növbəti tematik təlim 25 aprel 2026‑cı il tarixdə, saat 10:00‑da onlayn (ZOOM) formatında “Əmək müqaviləsi: A‑dan Z‑yə” mövzusunda keçiriləcək. Tematik təlimdə ştat vahidlərinin planlaşdırılması və təsdiqi, işə qəbul prosesi və qanunvericiliyə uyğun sənədləşmə, əmək müqaviləsinin bağlanması və dəyişikliklərin edilməsi, əmək münasibətlərinin xitam səbəbləri və düzgün sənədləşmə ardıcıllığı praktik misallarla izah ediləcək. Təlimdə iştirak etmək üçün 050‑368‑12‑72 nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:
0 Komment
Şərh yazın