Ən son dəyişikliklərin şərhi olan kitab 09 iyun 2020-ci il tarixindən satışda

Ən son dəyişikliklərin şərhi olan kitab 09 iyun 2020-ci il tarixindən satışda

Oxucularımızın böyük intizarla gözlədiyi Anar Bayramovun “Vergi uçotu A-dan Z-yə” kitabı çoxdan hazır olsa da, Vergi Məcəlləsinə ediləcək son dəyişikliklərin Prezident tərəfindən təsdiq olunmaması səbəbindən çapa verilmirdi. Dünən – 2 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda son dəyişiklik və əlavələri təsdiq edib. Bundan sonra nəşrdəki şərhlər qeyd olunan dəyişikliklər və əlavələrə uyğunlaşdırılıb və kitabın son variantı mətbəəyə təqdim olunub.
Qeyd edək ki, Vergi Məcəlləsinin və əlaqəli qanunvericiliyin şərh olunduğu 1056 səhifəlik “Vergi uçotu A-dan Z-yə” kitabının növbəti həftənin 2-ci günündən (iyunun 9-dan) satışa çıxarılması planlaşdırılır.

2 Komment

  1. Sevinc 09 İyun 2020

    Mütləq almalıyam.Hara müraciət edim?! Əvvəlcədən təşəkkür edırəm

  2. İsgəndər 05 Oktyabr 2020

    Salam , mənə Anar Bayramovun “Vergi uçotu A-dan Z-yə” kitabinin nə vaxt nəşrdən çıxacağı barədə məlumat verərdiniz zəhmət olmasa.Öncədən təşəkkürlər

Şərh yazın

Xəbərlər