Hüqüqşünas Əkrəm Həsənovdan indi də Vergi ilə bağlı FƏRQLİ YANAŞMA

Hüqüqşünas Əkrəm Həsənovdan indi də Vergi ilə bağlı FƏRQLİ YANAŞMA

Hüquqşünas iddia edir ki, nağd qaydada bank hesabından çıxarılmasına görə 1 faiz ödəyənlər MƏNFƏƏT vergisi ödəyicisi ola bilməz
 
Tanınmış hüquqşunas Əkrəm Həsənov nağdlaşdırma vergisi ilə Vergilər Nazirliyinə məktub yazıb. Hüquqşünas bununla bağlı öz statusunda bildirib: "Vergilər nazirinə məktub göndərmişəm. Rəhbərlik etdiyim şirkətin mənfəət vergisi ilə bağlı. Məlum olduğu kimi, ötən ildən Azərbaycanda absurd və qanunsuz sadələşdirilmiş vergi mövcuddur: nağdlaşdırılan məbləğdən 1% tutulur. Bu verginin 
qanunsuz olması ilə bağlı artıq 1 ildir ki, məhkəmə prosesi aparıram (hələlik məhkəmələr bu işi top kimi bir-birinə ötürür). Arqumentlərimdən biri həmçinin odur ki, nağdlaşdırmağa görə verginin tutulması hüquqi şəxslər tərəfindən ödənilən mənfəət vergisini azaldacaq. Çünki Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi deyil. Ötən il nazirlik mənim bu arqumentimi cavabsız qoydu. Buna görə də indi nazirlik qarşısında praktiki məsələ qaldırdım.
Konkret olaraq rəhbərlik etdiyim şirkət gəlirinin təxmini yarısını (54750 manat) nağdlaşdırıb və müvafiq olaraq sadələşdirilmiş vergi (547,5 manat) ödəyib. Buna görə də nağdlaşdırılan bu məbləğ gəlirdən çıxılmalıdır. Nəticədə xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunan mənfəət və ödəniləcək mənfəət vergisi (20% dərəcəsi ilə) məbləği əmələ gəlməyib. Halbuki, nağdlaşdırma vergisi olmasaydı, 1500 manata yaxın mənfəət vergisi ödəməli olacağdıq.
Beləliklə, nazirlik qarşısında vacib dilemma durub: ya nağdlaşdırmağa görə sadələşdirilmiş verginin qanunsuz və absurd olduğunu etiraf etməlidir, ya da şirkətimiz tərəfindən mənfəət vergisinin ödənilməməsi ilə barışmalıdır. Bir əldə iki qarpız tutmaq istəsə, növbəti məhkəmə prosesinə başlayacağam..."
 

0 Komment

    Şərh yazın

    Xəbərlər