1C proqramı royaltı sayılır və ƏDV hesablanmalıdır?

1C proqramı royaltı sayılır və ƏDV hesablanmalıdır?

Vergilər Nazirliyi hər 2 məsələyə aydınlıq gətirir
 
Sual: "A" hüquqi şəxs (ƏDV ödəyicisi) "B" hüquqi şəxsə (ƏDV ödəyicisi) "1C" proqramına görə 2 illik lisenziya verir. Lisenziyanın dəyəri 50 000 manat. Sual: Lisenziyanı verən "A" hüquqi şəxs həmin məbləğə ƏDV hesablamalıdırmı? Mən fikirləşirəm, bu royaltidir (çünki istifadə hüquqları veririk) və bu baxımından ƏDV hesablamaq lazım deyil. "A" müəssisəsi qeyri-rezidentdən lisenziya alanda, ƏDV hesablamır, ancaq 14% royalti hesablayır. Fikirləşirəm ki, eyni yanaşma rezident müəssisələrə də tətbiq olunmalıdır.
Tofiq Bəhramov, [email protected], Bakı (21.02.2018) 
Cavab: Bildiririk ki, qeyri-maddi aktivlər, o cümlədən proqramm təminatı üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
Əlavə olaraq onu da bildiririk ki, proqramm təminatına görə qeyri-rezidentə edilən royalti ödənişlərinə də 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
 
Bax: Vergi Məcəlləsinin 13.2.9-cu, 13.2.11-ci, 13.2.23-cü, 159.1ci, 169-cu və 173-cü maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər