Vergilər Nazirliyinə İRAD: sual bölməsində suallara nəzər yetirmək lazımdır...

Vergilər Nazirliyinə İRAD: sual bölməsində suallara nəzər yetirmək lazımdır...

Sual: Sual verməmişdən əvvəl qeyd edilir ki, sual bölməsində suallara nəzər yetirmək lazımdır. Sual cavab verilərkən maddələrdə çaşqınlıq yaradan məqamlar var. Misal üçün Məhəmməd Knyazovun sualına belə bir cavab verilib "Vergi ödəyicisi olmayan şəxslərdən alınmış mallar barədə məlumat sərbəst formada olmaqla ödəniş edilkdən sonra qısa müddətdə vergi orqanına təqdim edilməlidir". Vergi Məcəlləsinin 3.5-ci, 73-cü və 124-cü maddələri əsaslandırmısız. VN 73-cü həmin maddə də hal nəzərdə tutulmayıb. Halbuki, siz həmin maddəyə istinad edib, cavab verirsiz. 124 isə məlumdur ki, fiziki şəxsə ödəniş edilərkən ÖMV tutulur ödənilir və bəyannamə təqdim edilir. Əgər sizin qeyd etdiyiniz kimi məlumat verilsə, Məcələnin 102.1.7 (qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir) uyğun gəlirsə, həmin şəxsi uçotda durmağı məcbur edəcəksiniz.
 
Rauf Qarayev, [email protected] (19.02.2018) 
 
Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 3.5-ci və 124-cü maddələrinin həmin sualın ikinci hissəsinə aid olduğu aydın şəkildə qeyd olunmuşdur.
Bildiririk ki, vergi ödəyicisi olmayan şəxslərə görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə ödənilən haqqın ödəmə mənbəyində vergiyə cəlb olunması Vergi Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuşdur, lakin malların təqdim olunmasına görə ödəmə mənbəyində verginin tutulması həmin maddədə nəzərdə tutulmur.
Digər tərəfdən isə, Vergi Məcəlləsinin 17-ci maddəsində vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə vergi orqanlarına yazılı məlumat verilməsi nəzərdə tutulur.
 
Bax: Vergi Məcəlləsinin 17-ci və 73-cü maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər