Əkrəm Həsənov: "Vergi işçisi ilə sahibkar dost ola bilməz"

Əkrəm Həsənov: "Vergi işçisi ilə sahibkar dost ola bilməz"

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov yeni vergilər nazirinin çıxışını dəyərləndirərkən bildirdi ki, M.Cabbarovun  müfəttişlərə “vergi ödəyicilərini qurban kimi deyil, partnyor kimi görün” deməsi pozitiv bir addımdır: “Mən bunu yüksək dəyərləndirirəm, həqiqətən belə də olmalıdır. Vergilər Nazirliyi sahibkarların düşməni deyil ki... Onların işi elə vergitutma yolu ilə  dövlətin iqtisadiyyatını, o cümlədən sahibkarlığı inkişaf etdirməkdir. Əlbəttə, vergi işçisi ilə sahibkar dost da ola bilməz, partnyor sözü düzgün tapılmış ifadədir. Dövlət əslində sahibkarların şərikidir və bu şərik sözünün tərcüməsi də partnyordur. Vergi dövlətə verilən bir haqdır ki, dövlət də bunun hesabına sahibkarlığın inkişafını təmin etsin. Dövlət sahibkarın partnyorudur və bu sahədə dövlətin adından çıxış edən orqan da Vergilər Nazirliyidir. Şəriklər isə o zaman düşmən olur ki, biri digərini aldatmağa çalışır. Və ya Vergilər Nazirliyinin işçisi vergidən əlavə də pul istəyir. Əgər hər iki tərəf oyun qaydalarına riayət edirsə, onlar partnyordurlar”.
 
"Yeni Müsavat"
 

0 Komment

    Şərh yazın

    Xəbərlər