Cümə, 16 Fevral 2018 07:42

Fazil Məmmədov Prezident Administrasiyasının ittihamlarına cavab verdi

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
Fazil Məmmədov: “... bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır”
 
Keçmiş vergilər naziri Fazil Məmmədov Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirirlər” açıqlamasına cavab verib.
Keçmiş nazir “Bizim yol”a açıqlamasında deyib: “Kim şikayət edib məndən? Bu nədir yazırsız… Heç kimin hesabı qanunsuz dondurula bilməz. Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır".
Oxu 486 dəfə

Şərh yazın