Vergilər Naziri islahatlara başladı: 3 vergi işçisi rüşvət aldığı üçün HƏBS OLUNDU

Vergilər Naziri islahatlara başladı: 3 vergi işçisi rüşvət aldığı üçün HƏBS OLUNDU

Tutulanlardan biri Vergilər Nazirliyinin şöbə müdirinin oğlu olub
 
Vergilər Nazirliyində işdən çıxarılmış üç əməkdaş rüşvət alarkən yaxalanıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.  İnformasiyaya əsasən, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları olmuş Nurlan Verdiyev, Cavid İsgəndərov və Emin Rəsulov Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən, özlərini Vergilər Nazirliyinin əməkdaşları adı ilə təqdim edərək rüşvət alarkən saxlanılıblar.
Onlar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.
Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır. Vergilər Nazirliyinin keçmiş əməkdaşlarından izahatlar alınıb.
Maraqlıdır ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev də bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.
 
Virtualaz.org
 

0 Komment

    Şərh yazın

    Xəbərlər