Cümə axşamı, 15 Fevral 2018 13:34

Vergidən yayınma hallarının ƏSAS SƏBƏBİ əmək haqqının fiskal yükündədir?

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
(«AmCham»)rəhbəri və «Deloitte Azərbaycan» şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov çıxışında bildirib ki, əmək haqqının fiskal yükünə yenidən baxılmalıdır
 
Azərbaycanda Amerika Ticarət Palatasının («AmCham») rəhbəri və «Deloitte Azərbaycan» şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov  «Vergilər. Şəffaflıq. İnkişaf» mövzusunda konfransda vergi yükü ilə bağlı fərqli yanaşıb: " «Ümumi vergi yükünün ağır olması da bir sıra hallarda «kölgə iqtisadiyyatı»nın yaranmasına səbəb olur: «Etiraf etmək lazımdır ki, Azərbaycanda korporativ vergi yükü o qədər də yüksək deyil. Amma əməkhaqqı ilə bağlı fiskal yük ağırdır və yenidən nəzərdən keçirilməlidir.  Əməkhaqqına tətbiq olunan fiskal yük sosial təminat sisteminin adekvatlığını təmin etməlidir. Vergi ödəyicisi ödədiyi verginin əvəzində sosial rifahının hansı səviyyədə yüksəldiyini hiss etməlidir. Vergi inzibatçılığının effektivliyi, vergidən yayınmaya qarşı sanksiyaların və digər məsuliyyət tədbirlərinin adekvatlığı, vergiqoyma sisteminin ədalətliliyi daha da yaxşılaşdırılmalı, könüllü vergi əməletməsi üçün xərclər aşağı salınmalıdır. Cəmiyyətdə vergi məsuliyyəti və vergi mədəniyyəti yüksəldilməlidir».
Kiçik və orta sahibkarlıq sektorunda vergidən yayınma hallarının səbəblərindən biri kimi əməkhaqqı fondundakı fiskal yükün ağırlığını qeyd edən N.Kərimov həmin sahədə təkmilləşdirmələrin aparılmasını təklif edib, sahibkarlıq subyektinin auditə cəlb olunmasının, maliyyə hesabatlarının ictimai mənbələrdə dərc edilməsinin zəruri olduğunu diqqətə çatdırıb, biznes mühitinin asanlaşdırılması və şəffaflığın təmin edilməsi ilə bağlı digər təkliflərlə çıxış edib. O, idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsini, elektron qaimə-fakturanın tətbiqi zamanı tələb olunan sənədlərin verilməsindəki çətinliklərin aradan qaldırılmasını, nağdsız əməliyyatların stimullaşdırılması üçün qanunvericiliyə yenidən baxılmasını və bəzi güzəştlərin tətbiqini vacib hesab etdiyini xatırladıb. N.Kərimov vergi orqanı tərəfindən hər bir sahibkarlıq subyektinə bərabər və ədalətli yanaşmanın təmin edilməsi, vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı etimadın güclənməsi sayəsində könüllü əməletmə səviyyəsinin artacağına inandığını bildirib. Xüsusi vurulanıb ki, vergi yoxlamalarının təkmilləşdirilməsi, fərdi vergi bəyannamə sisteminə keçidin təmin olunması zəruri vəzifələrdəndir.

Azərbaycanda Amerika Ticarət Palatasının («AmCham») rəhbəri və «Deloitte Azərbaycan» şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov

Oxu 419 dəfə Son redaktə Cümə axşamı, 15 Fevral 2018 13:45

Şərh yazın