Cümə axşamı, 15 Fevral 2018 12:43

Konfransda vergi ödəyicilərin xeyrinə səslənən 5 TƏKLİF

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
ASK-nin sədri hansı vergi ödəyicilərinə cərimə, torpaq və əmlak vergisindən azad olma, həmçinin vergi faiz güzəştləri tətbiq olunmasını təklif etdi
 
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxışında maraqlı təkliflər irəli sürüb. Bunlar aşağıdaklılardır:
-  yeni fəaliyyətə başlayan vergi ödəyicisi tərəfindən hər hansı səbəbdən ilk dəfə vaxtında ödənilməyən vergi üçün sahibkara cərimə tətbiq olunması deyil, xəbərdarlıq edilməsi mexanizminin yaradılması məsələsinə baxılsın;
· sadələşdirilmiş vergi üzrə illik dövriyyənin 200 min manatdan yuxarı olan həddi müasir şərtlər nəzərə alınmaqla 500 min manatadək artırılsın;
· müəssisələrin kapitallaşmasını təmin etmək məqsədilə kapitala yönəldilən vəsaitin vergidən azad olunması məsələsinə baxılsın;
· yeni fəaliyyətə başlayan vergi ödəyicisi tərəfindən yerli məhsulların istehsalının artımını təmin etmək məqsədilə, həvəsləndirmə vasitəsi kimi, onlar 3 il müddətinə əmlak və torpaq vergisindən azad edilsin;
· nağdsız ödənişlərin stimullaşdırılması və bundan hər iki tərəfin maraqlı olduğu nəzərə alınaraq, nağdsız əməliyyat aparan subyektlərə faiz güzəştləri tətbiq edilsin.
 
 
 
Oxu 366 dəfə Son redaktə Cümə axşamı, 15 Fevral 2018 12:50

Şərh yazın