Vergi ödəyiciləri vergi işçilərinin hansı fəaliyyətindən narazıdır?

Vergi ödəyiciləri vergi işçilərinin hansı fəaliyyətindən narazıdır?

Dəyərli oxucumuz Mirzəxan Mənsimov: "İş quran, kollektivə rəhbərlik edən bir şəxsiyyət verginin qapısından girəndən sonra bir əsir vəziyyətinə gətirildi"

Vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” konfransındakı çıxışında vergi işçilərinin yeni nəslinə fərqli tərbiyə tətbiq ediləciyini bildirib: "Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı, hüquqları da vardır. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır". 

 

Mikayıl Cabbarovun qeyd edilən çıxışı vergi ödəyicilərdə vergi işçilərinin onlarla münasibətdə fərqli yanaşağına ümid yaradıb. Maraqlıdır ki, vergi ödəyiciləri vergi işçilərinin hansı münasibətlərindən narazıdır. Dəyərli oxucumuz Mirzəxan Mənsimov narazı qaldığı məsələ də aktualdır: "Verginin qapısından girəndə artıq insanlığın itdiyini görürük. İş quran, kollektivə rəhbərlik edən bir şəxsiyyət verginin qapısından girəndən sonra bir əsir vəziyyətinə gətirildi. Telefonu alınır, gözləməli olur, sonra da üst-başı yoxlanılır. Daha sonra da "dindirilir" və s. Görək nə olacaq..."

0 Komment

    Şərh yazın

    Xəbərlər